90 saylı Mənzil İstismar sahəsi vətəndaşın haqlı tələbini nəzərə almır

90 saylı Mənzil İstismar sahəsi vətəndaşın tələblərini nəzərə almır və öz məsuliyyətlərinə biganə yanaşır.

 

Azinformasiya.az  agentliyinə vətəndaş Quliyeva Nərmin Vaqif qızının şikayəti daxil olmuşdur. Sarayevo 18, mənzil 133-də yaşayan Nərmin Quliyevanın sözlərinə əsasən, iki il əvvəl ümumi ana xəttin partlaması mənzillərin su içində qalmasına səbəb olub. Nəticədə vətəndaş 90 saylı Mənzil İstismar Sahəsinə müraciət edib. Mənzil İstismar Sahəsi tərəfindən göndərilən fəhlə zirzəmini su basdığı üçün oraya girməkdən imtina edəndə Nərmin Quliyeva Mənzil İstismar Sahəsinə “ev pulu” adlandırılan ödənişi etməyi dayandıracağını bildirib. Vətəndaşın işlədiyi müəssisə ona Mənzil İstismar Sahəsindən arayış gətirməsini istəyəndə o, bu gün 90 saylı Mənzil İstismar Sahəsinə müraciət edib. Lakin Mənzil İstismar Sahəsinin əməkdaşı Nərmin Quliyevaya bildirib ki, o, mənzil pulunu ödəmədiyi üçün ona arayış verilə bilməz. Mənzil İstismar Sahəsinin rəisi əməkdaşdan vətəndaşa arayışın verilməsini tələb edəndə Gültəkin adlı həmin əməkdaş rəisə “vətəndaşın tərəfini saxlayan çıxmısan, çıx bayıra kimi” ifadələr işlədib. Bundan başqa, sözügedən əməkdaş vətəndaşla kobud rəftar edib, ona “çıxın çöldə gözləyin, burada oturmayın” kimi sözlər deyib. Vətəndaş Nərmin Quliyeva rəisdən əməkdaşın soyadını soruşanda o bilmədiyini deyib və sonra gedib. Vətəndaş aidiyyatı qurumlara müraciət edəcəyini bildirəndə Mənzil İstismar Sahəsinin əməkdaşı ona “hara müraciət edirsiniz edin, bizə heç kim bata bilməz” kimi ifadələr işlədib.

Vətəndaşla bu cür kobud rəftar qəbuledilməzdir. Vətəndaş haqqını tələb edərkən ona biganə yanaşmaz yolverilməzdir. Ümid edirik ki, aidiyyatı qurumlar bu məsələyə biganə yanaşmayacaq və sözügedən Mənzil İstismar Sahəsi ilə bağlı tədbir görüləcək.

 

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir