Ərdoğanın Rusiyaya səfəri yekunlaşıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri yekunlaşıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, Ərdoğan Soçidən Ankaraya qayıdıb.

Rusiya səfəri zamanı Türkiyə liderini xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı, Mərkəzi Bankın sədri Hafize Qaye Erkan, müdafiə sənayesi idarəsinin sədri Haluk Görgün və Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun müşayiət ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir