Zurabişvili: Gürcüstanın öz ərazilərini güc yolu ilə qaytarmaq fikri yoxdur

Bizim siyasətimiz dəyişməyib və dəyişməyəcək, Gürcüstanın öz ərazilərini güc yolu ilə qaytarmaq fikri yoxdur.

 

Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi xüsusi brifinqdə bildirib.

“Təhlükəsizlik Şurası separatçıların bu hadisələrdən əhali arasında Gürcüstanla bağlı yersiz qorxuları qızışdırmaq üçün istifadə etməsinə imkan verməmək üçün Abxaziya və Sxinvalidəki hazırkı reaksiyaları nəzərdən keçirməlidir. Bizim siyasətimiz dəyişməyib və dəyişməyəcək, Gürcüstanın öz ərazilərini güc yolu ilə qaytarmaq fikri yoxdur. Bunu söyləmək və təkrarlamaq lazımdır. Nəhayət, məlumat mübadiləsini və tərəfdaşlarımızla sıx münasibəti davam etdirmək lazımdır”, – deyə Salome Zurabişvili diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir