Zurabişvili: Gürcüstan Aİ-nin ikinci dəfə rədd cavabını qəbul edə bilməyəcək

Tbilisidə səfərdə olan Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, Orbeliani sarayında baş tutmuş görüş zamanı tərəflər Gürcüstanın avrointeqrasiyasına dair müzakirələr aparıblar. Söhbət zamanı Gürcüstan Prezidenti Salome Zurabişvili gürcü xalqının Aİ-nin namizəd statusu ilə bağlı ikinci dəfə rədd cavab verməsini qəbul edə bilməyəcəyini və özünü tərk edilmiş hiss edəcəyini bildirib.

Zurabişvili Gürcüstanın avrointeqrasiya istəklərinin dəstəklənməsində Almaniyanın rolunu vurğulayıb.

Berbok isə Gürcüstanı və gürcü xalqını Aİ-də görmək istədiyini qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir