Zurabişvili Aİ-nin inteqrasiyanı dayandırmaq qərarına görə hökuməti ittiham edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Aİ-nin Gürcüstanın inteqrasiyasını dayandırmaq qərarına görə hökuməti ittiham edib.

 

Azinformasiya.az  xəbər verir ki, dövlət başçısı Gürcüstanla bağlı mənfi qərarlara görə hökumətin məsuliyyət daşıdığını, bütün bunların hakim “Gürcü Arzusu” rəsmilərinin anti-Avropa, anti-Qərb ritorikasına cavab olduğunu qeyd edib.

Zurabişvili ABŞ-nin Gürcüstanla hərbi təlimləri ləğv etməsindən sonra Aİ-nin Gürcüstan Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş 30 milyon avronu dondurmasının hakim partiyanın Gürcüstanın dostlarına qarşı düşmən siyasət yürütməsinin nəticəsi olduğunu vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir