Zelenskinin ofisi: Ukrayna üçün gərgin məqam yaxınlaşır, ABŞ yardım paketini təsdiqləməlidir

“Ukrayna üçün gərgin məqam yaxınlaşır. Buna görə ABŞ Konqresi növbəti yardım paketini tezliklə təsdiqləməlidir”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.

O deyib ki, hazırda Ukraynanın hava hücumundan müdafiə sistemlərinə çox ciddi ehtiyacı var:

“Bizim vaxtımız yoxdur. Bir daha qeyd edirəm ki, hazırda ölkəmiz kritik çağırışlarla üz-üzə qalıb. ABŞ-nin növbəti yardım paketi bu ay ərzində təsdiqlənməsə, vəziyyət daha da mürəkkəbləşəcək”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir