Zelenskinin Ofisi: Ukrayna ABŞ hərbi yardımı olmadan müharibəni uduzmaq riski ilə üz-üzədir

Ukrayna ABŞ hərbi yardımı olmadan müharibəni uduzmaq riski ilə üz-üzədir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Vaşinqtonun ABŞ Sülh İnstitutunda (United States Institute of Peace) çıxışı zamanı deyib.

Onun sözlərinə əsasən, ABŞ Ukraynaya hərbi yardımı davam etdirməsə, əldə edilən mövqeləri qoruyub saxlamaq ukraynalılar üçün çətin olacaq.

Xatırladaq ki, Ağ Ev rəsmisinin Konqresə göndərdiyi məktuba əsasən, Kiyevə bu ilin sonuna kimi növbəti hərbi yardımın maliyyələşdirilməsi Vaşinqtonun planında yoxdur. Bu, maliyyə çatışmazlığı və vaxtın tükənməsi ilə əsaslandırılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir