Ukrayna Prezident Ofisi Gürcüstanın həbsdə olan keçmiş Prezidenti Mixeil Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə çağırış edib.
Azinformasiya.az xəbər verir ki, bununla bağlı Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak “Twitter”də bildirib.
“Mixeil Saakaşvilini qanunsuz həbsdən azad edin! Saakaşvili həqiqət, ədalət və demokratiya uğrunda mübarizənin simvoludur. Onun tutulması və dəmir barmaqlıqlar arxasında saxlanması insan haqlarının pozulmasıdır”, – Yermak diqqətə çatdırıb.
Azinformasiya.az