Zelenskinin Ofis rəhbəri Qərb liderlərinin müşavirləri ilə görüşüb

Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak ABŞ, Böyük Britaniya, Almaniya və Fransa prezidentlərinin milli təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, Ukrayna rəsmisi bu barədə “X” hesabında bildirib.

“ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik müşaviri Timoti Barrou, Almaniya Kanslerinin xarici və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötner və Fransa Prezidentinin xarici siyasət üzrə müşaviri Emmanuel Bonne ilə görüşdüm”, – Yermak yazıb.

Qeyd edək ki, Andriy Yermak ABŞ-da səfərdədir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir