Ukrayna prezidenti Vladimir Zelenski Xirosimada Yeddilik Qrupu (G7) sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şoltsla görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti özünün “Telegram” kanalında bildirib.
O, kanslerlər Almaniyaya səfərinin nəticələrini müzakirə edib.
“Mən Ukraynanın Almaniyadan aldığı güclü müdafiə yardımına görə təşəkkür etdim, – o əlavə edib.
Bundan başqa, Ukrayna dövlət başçısı Fransa Prezidenti Emmanuel Makronla da görüşüb. “Fransaya Ukraynaya hərbi və humanitar yardımla bağlı mühüm qərarlara görə təşəkkür edirəm. Fransanın döyüş təyyarələri koalisiyasına dəstəyi və ukraynalı pilotların hazırlanması üçün təlim missiyasında iştirakı vacibdir”, – Zelenski söyləyib.
Makron öz növbəsində Ukrayna “sülh formulu”nun həyata keçirilməsinin və buna mümkün qədər çox ölkənin cəlb edilməsinin prioritet olduğunu vurğulayıb.
Azinformasiya.az