Zelenski və Ursula von der Leyen arasında telefon danışığı baş tutub

Ukrayna Prezidenti Vladimir Zelenski və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında telefon danışığı olub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Prezident Zelenskinin “X” hesabında paylaşım edilib.

“Böyük beynəlxalq tədbirlərdən öncə mövqelərimizi koordinasiya etmək üçün Ursula von der Leyen ilə danışdım. Biz alternativ taxıl marşrutlarını müzakirə etdik. Həmçinin üzv dövlətlər tərəfindən birtərəfli məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı konstruktiv dialoqu davam etdirmək və ukraynalı fermerlərə dəstək yollarını axtarmaq barədə razılaşdıq.

Qarşıdakı dörd il üçün 50 milyard avro dəyərində uzunmüddətli maliyyə dəstəyi proqramı hazırladığı üçün Avropa İttifaqına təşəkkür edirəm. Üzv dövlətlərin bunu dəstəkləməsini səbirsizliklə gözləyirik”, – Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir