Ukrayna prezidenti Volodimir Zelenski və NATO Baş katibi Mark Rutte arasında telefon danışığı olub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Zelesnki özünün “X” hesabında məlumat yayıb.
“Ukrayna üçün təhlükəsizlik zəmanətləri mövzusunda daha cəld hərəkət etmək vacibdir. Biz həqiqi diplomatiya üçün koordinasiyanı davam etdiririk. Putin özünü elə aparır ki, guya ona sülh, danışıqlar lazım deyil. Amma əslində qlobal təzyiq Rusiyanın müharibəni bitirməkdə marağını formalaşdıra bilər. Kömək edən hər kəsə təşəkkür edirəm”,- Ukrayna lideri vurğulayıb.
Azinformasiya.az