Zelenski və Makron arasında telefon danışığı olub

Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Zelenski “X” hesabında yazıb.

Fransa Prezidentinin Sülh Sammitində iştirakını təsdiqlədiyini deyən Zelenski Sülh Formulunda xüsusilə də nüvə təhlükəsizliyi ilə bağlı məsələdə Fransanın vacib rol oynadığını qeyd edib: “Biz Qlobal Cənub ölkələrinin sammitdə iştiraka həvəsləndirilməsinin vacibliyini də müzakirə etdik və bu məsələ ilə bağlı mövqelərimizi razılaşdırdıq”.

Liderlər, eyni zamanda cəbhədəki vəziyyəti də müzakirə ediblər: “Cəbhədəki vəziyyət, xüsusən Xarkov istiqamətində vəziyyəti hərtərəfli müzakirə etdik. Biz Ukraynanın müdafiə ehtiyaclarına, xüsusilə hava hücumundan müdafiə, artilleriya, uzaq mənzilli raketlər və döyüş sursatları barədə danışdıq.

Fransanın Ukraynaya güclü müdafiə yardımına görə Prezident Makrona təşəkkür etdim və onu yaxın gələcəkdə ölkəmizə səfərə dəvət etdim”, -Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir