Zelenski və Makron arasında telefon danışığı olub

Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında bir saat davam edən telefon danışığı baş tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu haqda Prezident Zelenski “Twitter”də yazıb.

Onun sözlərinə əsasən, telefon danışığı zamanı tərəflər Ukrayna və Fransa arasında müdafiə sahəsində səmərəli qarşılıqlı əlaqələri müzakirə ediblər.

“Mən cəbhədəki vəziyyətlə bağlı ətraflı məlumat verdim. Biz, həmçinin Sülh Formulasının həyata keçirilməsi üçün gələcək addımlar, qarşıdan gələn beynəlxalq tədbirlərdə koordinasiyalı işləmək barədə danışdıq”, – Ukrayna Prezidenti vurğulayıb.

 

Azinformasiya.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir