Türkiyə və Ukrayna prezidentləri Ankarada görüş zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərini müzakirə edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyaı məlumat yayıb.
Türkiyə prezidenti hazırkı mərhələdə Ukrayna-Rusiya müharibəsinin gedişatı birbaşa danışıqlar yolu ilə həlli zəruri etdiyini bildirib.
Ərdoğan danışıqlara başlamaq üçün tarixi fürsətdən istifadə edildiyini və həm texniki, həm də liderlər səviyyəsində ola biləcək danışıqları güclü şəkildə dəstəklədiyini vurğulayıb.
Türkiyə prezidenti, eyni zamanda iki liderin görüşünə də ev sahibliyi etməyə hazır olduğunu əlavə edib.
Azinformasiya.az