Rusiyanı sülhə məcbur etmək üçün Ukraynanın müharibədə qələbəsi ilə bağlı plan II Sülh Sammitində mütləq təqdim olunmalıdır.
Azinformasiya.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib: “Mən bu məsələni əvvəlcə ABŞ prezidenti Co Baydenlə müzakirə edəcəyəm. Çünki bu planın böyük hissəsi ABŞ və digər tərəfdaşlarımızdan asılıdır. Düşünürəm ki, hər kəs təzyiqin və yardımın miqyasını dərk edir. Ona görə də burada əlavə fikir söyləməyə ehtiyac yoxdur. Rusiyanı diplomatik yolla sülhə məcbur etmək məqsədilə bu plan mütləq təqdim edilməlidir. Tərəfdaşlarımızın onu dəstəkləməsi çox vacibdir”.
Azinformasiya.az