“Ukrayna Rusiyanın raket terroruna qarşı hava hücumundan müdafiə sisteminin təcili şəkildə gücləndirilməsinə ehtiyac duyur”.
Azinformasiya.az “Unian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı bəyan edib.
“Bizim hava hücumundan müdafiəmizi gücləndirməyə ehtiyacımız var – bu, obyektiv reallıqdır. Tərəfdaşlarla əldə olunmuş, ancaq hələ də həyata keçirilməmiş bütün razılaşmalar aktiv fazaya keçməlidir. Hazırda tərəfdaş ölkələrdə sadəcə anbarlarda saxlanılan “Patriot” sistemləri real şəkildə insan həyatını qorumalıdır”, – deyə Ukrayna lideri vurğulayıb.
Azinformasiya.az