Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristaykonu vəzifəsindən azad edib.
Azinformasiya.az “Ukrinform”a istinadən xəbər verir ki, müvafiq qərar Ukrayna dövlət başçısının saytında dərc olunub.
Qeyd edək ki, bir müddət öncə səfir Vadim Pristayko Zelenskinin Böyük Britaniya müdafiə naziri Ben Uollasla bağlı fikirlərini “qeyri-sağlam sarkazm” adlandırıb. Britaniya KİV-in məlumatına əsasən, Vadim Pristayko Prezidenti tənqid etməsindən sonra Kiyevdən sərt tonda telefon zəngi qəbul edib.
Azinformasiya.az