Ukraynanın ABŞ-nin dəstəyi olmadan sağ qalması çox çətindir və bu, faktdır.
Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində bildirib:
“ABŞ-nin yardımı olmasaydı, bu, dondurulmuş münaqişə olardı. ABŞ-nin köməyi ilə biz öz ərazilərimizi işğaldan azad edəcəyik, işğaldan azad edilən hər şəhər Putini zəiflədir. Biz bundan qorxmamalıyıq”.
Zelenski müharibə bitənə kimi üzvlük verilməsə belə, ölkəsinin NATO-ya dəvət edilməsinin ABŞ lideri Co Baydendən asılı olduğunu söyləyib və onu bu addımı indi atmağa çağırıb.
“Bu gün Ukraynanın NATO-ya daxil olub-olmamasına ABŞ qərar verir. Hazırkı vəziyyət budur və bu, bir faktdır – NATO ölkələrinin əksəriyyəti Ukraynanın NATO-ya dəvət edilməsini dəstəkləyir, tərəddüdü olanlar isə, sadəcə olaraq, Prezident Baydenə baxır və o bilir ki, bu ondan asılıdır, bu onun qərarı olacaq”.
Zelenski Ukraynanın NATO-ya dəvət edilməsinin əsgərləri üçün böyük motivasiya olacağını vurğulayıb.
Azinformasiya.az