Prezident Vladimir Zelenski Ukraynada müharibənin yeni mərhələyə qədəm qoyduğunu bildirib.
Azinformasiya.az xəbər verir ki, o, bu barədə “Associated Press”ə müsahibəsində bildirib.
“Bizim müharibənin yeni mərhələsi var və bu faktdır. Qış, ümumiyyətlə, müharibənin yeni mərhələsidir”, – deyən Zelenski “Şahid -136” PUA-larının ölkənin enerji sektoruna son kütləvi hücumunu xatırladıb.
O, komandanlığın yayda başlayan əks-hücumdan daha çox şey gözlədiyini, ancaq nəticələrin qənaətbəxş olmadığını etiraf edib.
“Biz daha sürətli nəticələr əldə etmək istəyirdik. Bu baxımdan, təəssüf ki, istədiyimiz nəticələrə nail olmadıq. Bu, faktdır”, – Vladimir Zelenski bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin “dünyanın ikinci ordusu” ilə döyüşərkən geri çəkilmədiyinə sevinir.
Azinformasiya.az