Zelenski ukraynalı mütəxəssislərin Yaxın Şərqin bir neçə ölkəsində İranın “Şahed” dronlarını vurduğunu bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalı mütəxəssislərin Yaxın Şərqin bir neçə ölkəsində İranın “Şahed” dronlarını vurduğunu bildirib.

 

Azinformasiya.az  “Unian”a istinadən xəbər verir ki, Zelenski deyib ki, hətta reaktiv mühərrikləri dronlar da vurulub.

Zelenski Ukraynanın Yaxın Şərqə hərbi mütəxəssislərini, xüsusən də dronlar və radioelektron mübarizə üzrə ekspertlərini göndərdiyini xatırladıb.

“Məhv etdikmi? Bəli, məhv etdilər. Bir ölkədə məhv etdikmi? Xeyr, bir neçəsində. Və bu, mənim fikrimcə, uğurdur”, – Zelenski vurğulayıb.

Ukrayna lideri qeyd edib ki, söhbət təlim missiyasından deyil, həqiqətən fəaliyyət göstərə biləcək müasir hava müdafiə sisteminin yaradılmasına dəstəkdən gedir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir