Zelenski: Ukraynada seçkilər yalnız hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək

“İndiki məqamda biz sabitliyin əldə edilməsinə, daha sonra isə hərbi vəziyyət rejimi ləğv edildikdən sonra Prezident seçkisinin qanunvericiliyə uyğun keçirilməsinə nail olmalıyıq”.

 

Azinformasiya.az  “unian“a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, eyni zamanda ölkəsinin atəşkəsə hazır olduğu barədə dəfələrlə fikirlər səsləndirdiyini xatırladıb:

“İndi əsas sual Rusiya tərəfinin və bizim müttəfiqlərimizin buna hazır olub-olmaması ətrafındadır. İkinci məsələ isə tərəfdaşlarımızın atəşkəsin texniki monitorinqini həyata keçirə bilməsindən ibarətdir. Bütün bunlara nail olunarsa, baş verənlər yekun nəticədə müharibənin bitməsi ilə nəticələnəcək. Hərbi vəziyyət rejimi də məhz bundan sonra aradan qaldırılacaq”.

Kursk istiqamətindəki gərginlik və atəşkəsin perspektivləri

“Rusiya tərəfinin Kursk istiqamətində gərginliyi artırmaq üçün müxtəlif hədə-qorxu vasitələrindən, o cümlədən nüvə təhdidindən istifadə edəcəyini istisna etmirəm”, – Ukrayna Prezidenti vurğulayıb.

Zelenski deyib ki, Kursk ərazisindəki Ukrayna qoşunları verilmiş döyüş tapşırığını yerinə yetirməyə davam edir:

“Rusiya tərəfi bu istiqamətdəki qüvvələrimizə maksimum təzyiq göstərməyə çalışır. Ancaq Hərbi Komandanlıq hərbi qulluqçularımızı qorumaq üçün zəruri olan bütün addımları atır. Bir məqam aydın olmalıdır ki, Rusiyanın istənilən diplomatik format öncəsi bu kimi addımlar atması kifayət qədər aydın, xarakterik bir məqamdır. Bizim tərəfdə heç kim Rusiyanın müharibəni bitirmək istədiyi yönündəki bəyanatlarına etibar etmir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir