Ukraynada sülh üzrə ikinci sammitdə Rusiya tərəfinin nümayəndələri də mütləq təmsil olunmalıdır.
Azinformasiya.az xəbər verir ki, bunu “NBC News” telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
O, həmçinin qeyd edib ki, ölkəsi tərəfdaşları ilə birlikdə müharibənin başa çatması üçün detallı bir plan hazırlayır:
“Biz Putinin səbəb olduğu böhranların hər biri üzrə ətraflı müzakirələr aparırıq. Onu ikinci sammitdə təqdim edəcəyik. Başa düşürük ki, Rusiya tərəfinin iştirakı olmadan müharibəni diplomatik yolla sonlandırmaq çox çətin olacaq. Rusiyanın ikinci zirvə görüşündə təmsil olunmasını bizdən tərəfdaşlarımız istəyib”.
Azinformasiya.az