Ukrayna sülh danışıqlarına hazırdır, lakin ilkin şərt kimi Rusiyanın tələb etdiyi ərazilərdən çəkilməyəcək.
Azinformasiya.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski danışıqların Rusiya və Belarusdan başqa istənilən yerdə keçirilməsinin əleyhinə olmadığını bildirib.
O, danışıqların Macarıstanda keçirilməsinə qarşı olmadığını da qeyd edib.
“Biz geriyə heç bir addım atmayacağıq və dövlətimizin heç bir hissəsini tərk etməyəcəyik”, – Ukrayna dövlət başçısı vurğulayıb.
Azinformasiya.az