Cenevrədə baş tutan danışıqların nəticələri barədə nümayəndə heyəti bu axşam hesabat verəcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında bildirib.
Zelenski bu məlumat əsasında gələcək addımların müəyyən ediləcəyini və iş planının hazırlanacağını açıqlayıb.
O, Kiyevin Avropa və digər beynəlxalq müttəfiqlərlə əlaqəli fəaliyyəti davam etdirəcəyini vurğulayıb.
Azinformasiya.az