Ukrayna ilə ABŞ arasında son iki gündə aparılan danışıqların 3-cü sessiyası keçiriləcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.
“Bu gün Rustəm Umerov mənə Ukraynanın Fransadakı danışıqlar heyətinin işi barədə hesabat təqdim edib. ABŞ Prezidentinin nümayəndələri ilə daha bir danışıqlar baş tutacaq ki, bu da son iki gün ərzində üçüncü belə sessiya olacaq. Biz xüsusilə müharibənin başa çatması ilə bağlı əsas çərçivə üzrə ən çətin məsələlərin – Zaporojye Atom Elektrik Stansiyası və ərazilər barədə fikir mübadiləsi aparılmasını gözləyirik”, – Zelenski qeyd edib.
Ukrayna lideri, həmçinin qeyd edib ki, Ukraynanı bugünkü görüşdə Rustem Umerov, Andrey Qnatov, Kiril Budanov, Sergey Kislitsiya, David Araxamiya və Aleksandr Bevz təmsil edəcək.
Azinformasiya.az