Zelenski: Ukrayna 7 qəsəbəni Rusiya ordusundan geri alıb

Ukrayna ordusu Dobropolye istiqamətində əks-hücum əməliyyatlarına başlayandan bəri 160 kvadrat kilometrlik ərazi və 7 qəsəbə rus qoşunlarından geri alınıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

“Cəngavərlərimiz torpaqlarımızı addım-addım azad edir: əməliyyatın başlamasından bəri 160 kvadrat kilometrlik ərazi və 7 qəsəbə geri alınıb. 170 kvadrat kilometrlik ərazi və 9 qəsəbə işğalçılardan təmizlənib. 100-ə yaxın işğalçı əsir götürülüb və sadəcə son bir neçə həftədə ruslar minlərlə ölü və yaralı verib”, – Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir