Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla “meqa-saziş”in detallarını müzakirə etdiyini bildirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə o, “New York Post” nəşrinə açıqlamasında deyib.
Nəşrin məlumatına əsasən, sözügedən saziş çərçivəsində Birləşmiş Ştartlar Rusiya ilə müharibədə sınaqdan keçmiş Ukrayna istehsalı pilotsuz uçuş aparatlarını alacaq. Əvəzində isə Kiyev Vaşinqtondan bir sıra ABŞ istehsalı silahlar əldə edəcək.
Zelenskinin sözlərinə əsasən, ABŞ dron texnologiyasına ehtiyac duyur və məhz bu səbəbdən saziş hər iki tərəf üçün sərfəli olacaq.
Azinformasiya.az