“ABŞ Prezidenti Donald Trampla son görüşümüz zamanı ilk növbədə “Patriot” hava hücumundan müdafiə sistemləri barədə məsələni müzakirə etdik”.
Azinformasiya.az “unian“a istinadən xəbər verir ki, bunu Kiyebdə səfərdə olan Polşa prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında Ukraynanın dövlət başçısı Volodimir Zelenski deyib.
Onun sözlərinə əsasən, söhbətin mövzuları arasında danışıqlar prosesi ilə bağlı məsələlər, o cümlədən Rusiyaya əlavə sanksiyaların tətbiqi və ikitərəfli münasibətlər də olub.
V. Zelenski, eyni zamanda rəsmi Varşava ilə danışıqların müdafiə nazirləri səviyəsində davam etdiriləcəyini də sözlərinə əlavə edib.
Azinformasiya.az