Zelenski: Trampı Putinin sülh istiqamətində nizamlanma ilə bağlı yalan danışdığına inandırmaq lazımdır

Donald Trampı inandırmaq lazımdır ki, Rusiya lideri Vladimir Putin sülh istiqamətində nizamlanma ilə bağlı onu aldadaraq yanlış təsəvvür yaradır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın “Spiegel” jurnalına verdiyi müsahibədə bildirib.

Jurnalistin “Trampın Rusiyadan daha çox Ukraynaya təzyiq göstərməsi sizi narahat etmir ki?” sualına Zelenski cavab olaraq deyib:

“Trampı inandırmaq lazımdır ki, Putin yalan danışır. Biz məsələyə ağılla yanaşmalı və göstərməliyik ki, bu prosesləri ləngidən biz deyilik.”

Zelenskinin sözlərinə əsasən, o, ABŞ-dan yeni sanksiyalar paketini gözləyir.

Prezident qeyd edib ki, bu məhdudiyyətlər Rusiya üçün çox ciddi və təhlükəlidir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir