Zelenski Trampı Maduro kimi Kadırova da qarşı əməliyyat keçirməyə çağırıb

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a Rusiyanın rəhbərliyindəki şəxslərə, xüsusən də Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı “Venesuela təcrübəsi” əsasında hərbi-siyasi əməliyyat keçirməyi tövsiyə edib.

 

Azinformasiya.az  xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunun Putini sülhə razılaşmağa razı salmaq üçün ciddi mesaj ola biləcəyini bildirib.

Zelenski qeyd edib ki, ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən nümayişkaranə şəkildə həyata keçiriləcək belə bir əməliyyat Rusiya Prezidenti Vladimir Putinə Ukrayna variantı üzrə sülh razılaşmasına getmək üçün ciddi mesaj ola bilər.

“Biz yaxşı nəticələr əldə etmişik, lakin hələ hər şey sona çatmayıb. ABŞ-ın alətləri var və istədikdə təzyiq göstərməyi bacarırlar”, — deyə Zelenski bildirib.

O, konkret nümunə olaraq Maduroya qarşı əməliyyatı göstərib: “Məsələn, Maduro. Onlar əməliyyatı tez keçirdilər? Bəli, tez. Bütün dünya gördü. Elə bir şeyi Kadırovla etmək olardı. Ola bilsin, Putin bunu görüb düşünər”, — Ukrayna lideri əlavə edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir