Zelenski: Tramp Putini dayandırmağın yeganə yolu kimi Donbasın verilməsini görür

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukraynadakı müharibəni dayandırmağın yeganə yolunu Donbasın Rusiyaya verilməsində görür.

 

Azinformasiya.az  xəbər verir ki,  bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a danışıb.

Ukrayna lideri bu yanaşmanı anlaşılmaz hesab etdiyini vurğulayıb: “Onlar müharibəni bitirmək istəyirlər. Məni narahat edən odur ki, bunu etmək üçün yalnız bir yol görürlər. Əminəm ki, Tramp və komandası müharibəni bitirmək istəyir. Lakin niyə bunun bədəlini biz ödəməliyik? Biz təcavüzkar deyilik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir