Zelenski Stoltenberqlə görüşüb

Ukrayna Prezidenti Vladimir Zelenski NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna lideri “X” hesabında bildirib.

Onun sözlərinə əsasən, Davosda baş tutan görüşdə cəbhə xəttindəki vəziyyət müzakirə olunub.

“Mən Baş katibi Rusiyanın son zamanlar həyata keçirdiyi kütləvi hava zərbələri barədə məlumatlandırdım və Ukraynanın hava hücumundan müdafiəsinin daha da gücləndirilməsinin vacibliyini vurğuladım. Biz Ukraynanın digər müdafiə ehtiyacları barədə də danışdıq”, – Zelenski qeyd edib.

Zelenski, həmçinin qeyd edib ki, görüşdə tərəflər bu yaxınlarda imzalanmış Böyük Britaniya-Ukrayna təhlükəsizlik sazişinin əhəmiyyəti barədə də danışıblar.

“Mən Ukraynanın analoji sazişlər üzrə tərəfdaşlarla davam edən əməkdaşlığı barədə məlumat verdim və Ukrayna NATO-ya daxil olana kimi qüvvədə olacaq belə sənədlərin imzalanmasının vacibliyini vurğuladım.

Biz Vaşinqtonda NATO sammitinə hazırlığı da müzakirə etdik. Mən vurğuladım ki, Ukrayna onun Alyansa üzvlüyünü daha da yaxınlaşdıracaq qərarlar gözləyir”, – Zelenski yazıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir