Zelenski: Şimali Koreya işğalda olan ərazilərimizdə Rusiya hərbçilərinə təlim keçir

Şimali Koreyalı zabitlər ölkəmizin müvəqqəti işğalda olan ərazilərinizdə Rusiya hərbçilərinə təlim keçir.

 

Azinformasiya.az  “insider.ua”ya istinadən xəbər verir ki, bunu Brüsseldə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə əsasən, tərəfdaşlar Qələbə planını dəstəkləməsə vəziyyət daha da mürəkkəbləşəcək:

“Bütün tərəfdaşlarımız Sülh Samitində Rusiyanın da iştirak etməsini istəyir. Buna görə də biz mövqelərimizi gücləndirməliyik. Ukraynanın bilavasitə Avrozonanın təhlükəsizliyi üçün önəmli olduğunu düşünürsünüzsə, bilməlisiniz ki, NATO-ya üzv olmaq heç də bizim üçün “qırmızı xətt” demək deyil”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir