Zelenski: Rusiyanın hücumlarına tab gətirmək üçün kifayət qədər silah-sursatımız yoxdur

Rusiyanın hücumlarına tab gətirmək üçün kifayət qədər silah-sursatımız yoxdur. Buna görə də qarşı tərəf bizi hər gün daha da geri çəkilməyə məcbur edəcək.

 

Azinformasiya.az bunu ABŞ-nin PBS telekanalına Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O, eyni zamanda Ukraynanın danışıqlara hazır olduğunu deyib. Bildirib ki, onların müzakirələr aparacağı tərəf Rusiya olmayacaq. Çünki rəsmi Moskva bundan dəfələrlə imtina edib:

“Onların bəyanatları, həmçinin kəşfiyyat məlumatları bunu deməyə əsas verir. Biz başa düşürük ki, Rusiya Prezidenti Vladimir Putin bizimlə danışıqlar masasına oturmağa hazır deyil. Çünki Putin üçün istənilən danışıq qələbə anlamına gəlmir”.

Ukrayna dövlət başçısı, həmçinin qeyd edib ki, hazırda ordunun nəzarətindəki ərazilərin effektiv müdafiəsi üçün ordu Rusiya silahlı qüvvələrinin hərbi təchizat səviyyəsinə çatdırılmalıdır.

“Bu o deməkdir ki, məsələn Rusiya tərəfinin 10 ədəd gülləsi varsa, bizdə də eyni sayda mərmi olmalıdır. Daha sonra irəliləmək üçün daha müasir silahlara ehtiyacımız var. Söhbət həm də hava məkanının qorunması məqsədilə istifadə olunan sistemlərdən gedir. Hərbçilərin irəliləməsi üçün uçuşlara qoyduğumuz məhdudiyyəti rahatlıqla aradan qaldıra bilməliyik”.

Zelenski, eyni zamanda qeyd edib ki, avropalı tərəfdaşların dəstəyi dayandırması Ukraynanın məğlubiyyəti deməkdir:

“Hazırda artilleriya mərmiləri arasındakı fərq belədir: Tutaq ki, bizim 1 mərmimiz varsa, Rusiyada bu say 10 ədəddir. Bu cür fərqlə qarşı tərəfin hücumlarına davam gətirmək mümkündürmü? Biz Qərbdən 500 qırıcı istəmirik. Yeri gəlmişkən, Rusiyanın malik olduğu qırıcılardan sadəcə 300 ədədi Ukrayna ərazisində istifadə olunur. Biz sabahı düşünməli olsaq da, növbəti ilin hadisələrindən hər kəs xəbərsizdir. Ölkəmizə hansı formada dəstək veriləcəyindən xəbərsizik”, Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir