Zelenski Rusiyanın gecə hücumu barədə: “Bu cür qətllər şüurlu cinayət və müharibənin uzadılmasıdır”

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya tərəfindən Ukraynaya qarşı həyata keçirilən gecə hücumundakı kimi qətllər, artıq real diplomatiyanın başlaya biləcəyi bir vaxtda baş verir və bu, şüurlu cinayət və müharibənin uzadılmasıdır.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb və qeyd edib ki, gecədən bəri Rusiya zərbələrinin nəticələrinin aradan qaldırılması davam edir.

“800-dən çox dron, 13 raket, onlardan dördü ballistikdir. İlkin məlumata əsasən, bir neçə dron Ukrayna ilə Belarus sərhədini keçib,” – deyə o vurğulayıb.

Ukrayna lideri xatırladıb ki, Kiyevdə adi yaşayış binaları dağıdılıb. Onlardan birində dördüncü və səkkizinci mərtəbələr arasında arakəsmələr dağılıb. “Hazırkı məlumata əsasən, iki nəfər həlak olub, onlardan biri uşaqdır. Həlak olanların bütün yaxınlarına və doğmalarına başsağlığı verirəm,” – deyə Zelenski qeyd edib və əlavə edib ki, ümumilikdə təkcə paytaxtda onlarla yaralı var.

Bundan əlavə, o xatırladıb ki, Ukrayna Nazirlər Kabinetinin binası da zədələnib – yuxarı mərtəbələrdə yanğın başlayıb.

“Zaporojiya vilayətində 20-dən çox ev və uşaq bağçası zədələnib. Krivoy Roqda ticarət anbarları dağıdılıb, Sum vilayətinin Safonovka kəndində və Çerniqov vilayətində həlak olanlar var. Odessada çoxmərtəbəli binaya zərbə endirilib. Ötən sutka ərzində bir çox region zərər çəkib. Harada lazım olsa, bizim xidmətlər işləyir,” – deyə Ukrayna dövlət başçısı vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir