Rusiya bir ildən artıqdır ki, bəndə və bütün Kaxovka SES-ə nəzarət edir. Onu kənardan atəşə tutmaqla partlatmaq fiziki cəhətdən qeyri-mümkündür.
Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Buxarest doqquzluğu”nun iclasında onlayn formatda çıxışında söyləyib.
“Bənd rus işğalçıları tərəfindən minalanıb və partladılıb. Rusiya ətraf-mühiti kütləvi şəkildə məhv edən bomba partladıb. Bu, son onilliklərdə Avropada baş verən ən böyük texnogen ekoloji fəlakətdir. Buna görə də Rusiyanın məğlubiyyəti – hər halda bizim təmin edəcəyimiz məğlubiyyət – regionumuzun, Avropamızın və bütün dünyanın təhlükəsizliyinə ən vacib töhfə olacaq”, – Zelenski diqqətə çatdırıb.
Azinformasiya.az