Zelenski: Rusiyalılar onlara yeni çar lazım olduğu qərarını veriblər

Rusiya tərəfinin, xüsusilə də Putinin tarixlə bağlı bəyanatları vaxt uzatmaq taktikasından başqa bir şey deyil.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

Zelenski vurğulayıb ki, müharibəni bitirmək və diplomatiyaya keçmək üçün ona tarixi müzakirələr lazım deyil. Onun sözlərinə əsasən, o, Putin qədər, hətta ondan da çox tarix kitabı oxuyub və Rusiyanı yaxşı tanıyır.

Ukrayna lideri qeyd edib ki, Rusiyanın bir çox şəhərlərinə səfər edib, müxtəlif insanlarla ünsiyyətdə olub və ölkənin mentalitetini yaxşı bilir: “Bu, onların seçimidir. Onlar belə bir sistemi seçiblər. Rusiyalılar özlərini dəyişməyə və onlara yeni çar lazım olduğu qərarını veriblər. Bu, onların seçimidir”.

Həmçinin Ukrayna lideri təhlükəsizlik məsələsinin ölkəsi üçün əsas prioritet olaraq qaldığını vurğulayıb. O həmçinin qeyd edib ki, mümkün görüş zamanı əsas müzakirə mövzusu məhz müharibənin tez bir zamanda başa çatdırılması və təhlükəsizlik təminatları olacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir