Zelenski: Rusiya yekun mərhələyə çata biləcək danışıqlar prosesini uzatmağa çalışır

Rusiya artıq yekun mərhələyə çata biləcək danışıqlar prosesini uzatmağa çalışır.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna danışıqlarını şərh edərkən qeyd edib.

O, bu gün davam edən danışıqlarda Ukrayna nümayəndə heyətinə verdiyi tapşırıqlar barədə məlumatı bölüşüb.

“Mən Ukrayna heyətinə aydın şəkildə göstəriş verdim ki, danışıqların məhsuldar olması və sülhün bərqərar edilməsi ehtimalının artırılması üçün nə mümkündür edilsin. Bu gün həm də humanitar məsələlər müzakirə olunacaq. Söhbət girovların mübadiləsi və mülki şəxslərin azad edilməsindən gedir”, – Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir