Zelenski: Rusiya Ukraynanın 13 vilayətinə 30 raket və 650 dronla zərbələr endirib

Gecədən bəri Rusiya Ukraynaya genişmiqyaslı hücum həyata keçirir, enerji obyektlərimizə, mülki infrastruktura zərərə vurmaq üçün artıq 650-dən çox dron istifadə olunub, 30-dan çox raket atılıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

“Hazırda Ukraynanın əksər ərazisində hava həyəcanı rejimi davam edir. Eyni zamanda, zərbələrin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri xidmətlər cəlb olunub. Təəssüf ki, itkilər var. Kiyev vilayətində Rusiya dronunun zərbəsi nəticəsində bir qadın həlak olub. Xmelniççina vilayətində də bir nəfə ölüb. Jitomir vilayətində isə dörd yaşlı uşaq Rusiya dronunun yaşayış binasına düşməsi nəticəsində həyatını itirib”, – Ukrayna lideri qeyd edib.

Ümumilikdə, ən azı 13 vilayətin ərazisinin Rusiya ordusunun hücumlarına məruz qaldığını bildirən Zelenski dronların və raketlərin böyük bir hissəsinin vurulduğunu qeyd edib: “Rusiyanın bu hücumu açıq şəkildə Kremlin prioritetlərini göstərir. Hücum Milad bayramı ərəfəsində edilib, insanlar sadəcə ailələri ilə birlikdə, evdə və təhlükəsiz olmaq istədiyi vaxtda. Həmçinin hücum müharibəni başa çatdırmaq üçün aparılan danışıqların ortasında baş verib”.

Zelenski bu hücumlara son qoymaq üçün Rusiyanı sülhə və təmin edilmiş təhlükəsizliyə məcbur etməyin vacibliyini vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir