Rusiyanın ötən gecə Ukraynaya hücumunda 300-ə yaxın dron, 18 ballistik raket və 7 kruz raketindən istifadə olunub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib.
Zelenski hücumların əsas hədəfinin enerji təchizatı olduğunu bildirib.
“Təəssüf ki, yaşayış obyektlərinə və mülki infrastruktura ciddi ziyan dəyib. Dnepr, Jitomir, Zaporojye, Kiyev, Odessa, Xarkov, Donetsk bölgələri hücuma məruz qalıb”, – Zelenski vurğulayıb.
Onun sözlərinə əsasən, Xarkova endirilən zərbələr nəticəsində 4 nəfər ölüb, Kiyevdə yüzlərlə ailə işıqsız qalıb.
Ukrayna lideri beynəlxalq ictimaiyyəti Ukraynaya dəstək göstərməyə çağırıb: “Biz ABŞ və Avropa ilə razılaşdırılmış yardım paketlərinin çatıdırılmasının sürətləndirilməsini gözləyirik”.
Azinformasiya.az