Zelenski: Rusiya ordusunun zərbələri nəticəsində ikisi uşaq olmaqla, 6 nəfər ölüb

Rusiya ordusunun hava zərbələri nəticəsində ikisi uşaq olmaqla, 6 nəfər ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ordusunu hava zərbələrini nəticəsi barəsində “Telegram” kanalında yaydığı paylaşımda məlumat verib.

Zelenskinin sözlərinə əsasən, hücumlar əsasən şəhərlərə, əsasən enerji obyektlərinə yönəlib, amma çoxlu yaşayış binalarına da zərbə dəyib.

“Zaporojye şəhərində yanğınlar, Kiyevdə binalara zərbələr olub. Kiyev, Odessa, Çerniqov, Dnepr, Kirovoqrad, Poltava, Vinitsa, Zaporojye, Çerkas və Sumı vilayətlərinə ziyan dəyib. Hazırda 17 yaralı barədə məlumat var. Təəssüf ki, 6 nəfər həlak olub, ikisi uşaqdır”, – o bildirib.

Ukrayna lideri Rusiyanı diplomatiya ilə deyil, yalnız sanksiyalar və Ukraynaya silah tədarükü ilə dayandırmağın mümkün olduğunu qeyd edib.

“Artıq Avropa İttifaqının güclü sanksiya paketini qəbul etməyin vaxtıdır. Həmçinin ABŞ, G7 və sülh istəyən bütün tərəflərin güclü sanksiya addımlarına ümid edirik”, – o vurğulayıb.

Zelenski Ukraynaya Hava Hücumundan Müdafiə sistemləri və raketlərlə kömək edən hər kəsin insan həyatlarını qoruduğunu vurğulayıb.

“Kim ki Ukraynaya uzaqmənzilli silahlarla dəstək verəcək, onlar müharibənin sona çatmasını yaxınlaşdıracaq”, – Ukrayna Prezidenti vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir