Zelenski: Rusiya ilə müharibə onilliklərlə davam edə bilər

Müharibə illərlə, hətta onilliklərlə davam edə bilər.

 

Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Finlandiyanın “Yleisradio Oy” (YLE) radiosuna müsahibəsində söyləyib.

Zelenski ordunun əks-hücum əməliyyatlarına hazırlığını şərh edərkən vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrindəki silahların sayı əhəmiyyət kəsb edir:

“Həmçinin işğalçılar ruh yüksəkliyini itirir və geri çəkilmənin nəticələrindən qorxurlar”.

Zelenski müharibədə uğur qazanacaqlarına ümid etməsinə baxmayaraq, müharibənin illərlə, hətta onilliklərlə də davam edə biləcəyini qeyd edib.

“Hazırda Ukraynaya başqa ölkələrin dəstək verməsi Üçüncü Dünya Müharibəsinin başlama risklərinin artmasından daha ucuz başa gəlir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir