Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibə ehtimalını istisna etməyib.
Azinformasiya.Az xəbər verir ki, Zelenski “YES Brainstorming” forumu çərçivəsində bu məsələyə toxunub.
Moderatorun Rusiya ilə müharibənin olması ehtimalı barədə sualına cavab verən Zelenski deyib: “Hesab edirəm ki, ola bilər. Lakin bu, hadisələrin inkişafının yalnış variantı olardı. Bundan sonra Rusiya, Ukrayna, Belarus qonşuluğu mövcud olmayacaq”.