Zelenski: Rusiya elə təəssürat yaratmağa çalışır ki, guya müharibəni udur

Rusiya müharibədə 1 milyon 300 min nəfər itki verib.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İsveçə səfəri çərçivəsində bu ölkənin Baş naziri Ulf Kristersonla birgə mətbuat konfransında deyib.

“Rusiya ABŞ və Avropada təbliğat aparır, elə təəssürat yaratmağa çalışır ki, guya müharibəni udur. Bu həqiqət deyil. Onların bir milyondan çox – 1 milyon 300 min itkisi var. Onların iqtisadiyyatı da zəifləyir. Rusiya Ukraynaya maliyyə dəstəyini azaltmaq üçün ABŞ və Avropanı bölmək istəyir. Avropada bəzi ölkələrə nəzər saldıqda Rusiyanın buna nail olduğunu görmək olar. Lakin güclü ölkələr hələ də birlikdədir”, – Zelenski bildirib.

O, İsveçdən alınacaq qırıcı təyyarələr mövzusuna da toxunub və bu qırıcıların növbəti il Ukrayna ordusunun istifadəsinə veriləcəyini bəyan edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir