Zelenski: Rusiya danışıqlara ciddi yanaşmır, müharibəni dayandırmaq istəmir

Rusiya nümayəndə heyətinin səviyyəsini görəndən sonra anladıq ki, onlar ciddi danışıqlara hazır deyillər.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenskinin sözlərinə əsasən, Rusiya ilə danışıqlarda Baş Qərargah rəisi və təhlükəsizlik xidmətinin rəhbəri olmayacaq. Ukraynanın müdafiə naziri Rustem Umerov İstanbulda Rusiya ilə danışıqlarda iştirak edəcək. Ukrayna nümayəndə heyətinə o başçılıq edəcək.

“Nümayəndə heyətimizin gündəmində atəşkəs olacaq, ancaq Rusiya nümayəndə heyətinin bu əhval-ruhiyyədə olduğuna əmin deyilik. Danışıqlarda iştirak edənlər arasında biz əslində qərar qəbul edənləri görmürük. Mən hələ də düşünürəm ki, Rusiya bu görüşlərə ciddi yanaşmır, müharibəni dayandırmaq istəmir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir