Zelenski: Putinlə görüşmədən ərazi məsələlərini həll etmək mümkün deyil

“Ukrayna hökuməti müharibəyə son qoymaq üçün danışıqlar prosesinin bir hissəsi olaraq Rusiya və ABŞ nümayəndələri ilə istənilən formatda görüşməyə açıqdır”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Biz Rusiya və ABŞ ilə istənilən formatda görüşə açığıq. Biz eyni zamanda Avropanın da iştirak etməsini istərdik. Çünki təhlükəsizlik zəmanətlərimizin bir hissəsi Avropa İttifaqına üzvlük, o cümlədən “İstəklilər koalisiyası”dır”, – dövlət başçısı bildirib.

Zelenski qeyd edib ki, AB nümayəndələri bu danışıqların müəyyən mərhələsində qoşula bilərlər, ancaq əvvəlcə sözügedən üç ölkənin nümayəndələri görüşməlidir.

“Rusiya Federasiyası və bilavasitə Rusiya lideri ilə bu və ya digər formatda əlaqə saxlamaq imkanımız olmalıdır. Belə bir format olmadan komandalarımız üçüncü dərəcəli məsələlər üzrə razılığa gələ bilməyəcək”, – Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir