Mən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirirəm.
Azinformasiya.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski X-da paylaşımında bildirib.
“Möhtərəm Prezident, Ukrayna və Azərbaycan hər zaman bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Biz dost Azərbaycana humanitar və digər yardımlara görə çox minnətdarıq. Biz xalqlarımızın mənafeyi naminə strateji tərəfdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
Volodimir Zelenski Azərbaycan Prezidentinin Ukraynanın Müstəqillik Günü ilə bağlı təbrikini də paylaşıb.
Azinformasiya.az