Ötən gecə Ukraynaya Rusiya tərəfindən hava hücumu ilə bağlı çoxsaylı yanğın və partlayışlar nəticəsində yaşayış binaları, avtomobillər, o cümlədən bir sıra müəssisələr sıradan çıxıb.
Azinformasiya.az “unian“a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
O, həmçinin çoxsaylı yanğın və partlayışlar nəticəsində yaralıların olduğunu, hadisə yerində fövqəladə xidmətlərin əməkdaşlarının işlədiyini açıqlayıb: “Odessa, Vinnitsa, Sumı, Xarkov, Donetsk, Kiyev, Dnepr vilayətlərinə hücumlar ümumilikdə 250 zərbə dronu vasitəsilə həyata keçirilib. Ümumilikdə 14 ballistik raket atılıb. Təəssüf ki, ölənlər və xeyli sayda yaralı var”.
O, PUA-ların çoxunun İran istehsalı olan “Şahed” dronları olduğunu bildirib.
Qeyd olunub ki, çoxsaylı yanğın və partlayışlar nəticəsində yaşayış binaları, avtomobillər, o cümlədən bir sıra müəssisələr sıradan çıxıb.
Azinformasiya.az