NATO-nun İsveç və Ukraynanın üzvlük müraciətləri ilə bağlı qərarsızlığı alyansın gücünü və qlobal təhlükəsizliyi təhdid edir.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Slovakiyada mətbuat konfransında söyləyib.
Ukrayna Prezidentinin sözlərinə əsasən, bu məsələlərdə NATO müttəfiqləri həmrəylik göstərmir: “Düşünürəm ki, bununla bağlı kifayət qədər birlik yoxdur. Bu, alyansın gücünə təhlükədir. Bu, bütün dünyanın təhlükəsizliyi üçün çox vacibdir”.
Zelenski, həmçinin qeyd edib ki, Kiyev növbəti həftə Vilnüs sammitində “müsbət nəticələr və ya ən azı müsbət nəticəyə doğru müəyyən addımlar” gözləyir.
“İnanıram ki, təcavüzkarla, Rusiya ilə vəziyyət bundan asılıdır, çünki Rusiya dünya ilə ittifaqda zəiflik və parçalanma nümayiş etdirəcəyinə ümid edir və buna yol vermək olmaz”, – o diqqətə çatdırıb..
Ukrayna dövlət başçısı, həmçinin sammitdə Ukrayna üçün “müdafiə paketlərini gözlədiyini” vurğulayıb.
Azinformasiya.az